Tərəfdaş şirkətlərlə birlikdə təqdim etdiyimiz xidmətlər və texnologiyalar
Doğrudan Şüşə Üzərinə Çap Xidməti
Əməkdaşlıq etdiyimiz istehsalat sahələrindəki yüksek texnologiyalı Almaniya və İtaliya istehsalı ROSARIO və KAMMANN aparatları vasitəsilə dəqiqədə 150 ədəd nominal sürətlə 4 rəngli birbaşa şüşə üzərinə çap xidmətini təmin edirik.
Avtomatik Etiketləmə Həlləri
Əməkdaşlıq etdiyimiz şirkətlərdə quraşdırılmış istehsal xətlərindəki müasir İtaliya avadanlıqları vasitəsilə müxtəlif ölçülü şüşə qabların üzərinə özüyapışan (self-adhesive) etiketlərin yüksək dəqiqliklə və sürətlə vurulması xidmətini təmin edirik.
Avtomatik Keyfiyyət Nəzarəti və Təmiz Otaq
Əməkdaşlıq etdiyimiz şirkətlərin istehsalat sahələrində 3 mərhələli avtomatik nəzarət sistemi fəaliyyət göstərir. Tədarük etdiyimiz şüşə qablar tam gigiyenik ‘Təmiz Otaq’ (Clean Room) mühitində hazırlanır və qida təhlükəsizliyinə 100% zəmanət verilir.
NNPB Texnologiyası ilə Yüngülləşdirmə
İstehsalçı partnyorlarımızın tətbiq etdiyi Narrow Neck Press & Blow texnologiyası sayəsində şüşələrin möhkəmliyi tam saxlanılmaqla çəkisi 35%-ə qədər azaldılır. Tədarük etdiyimiz bu yüngülləşdirilmiş məhsullar logistika və daşınma xərclərinizə ciddi qənaət etməyə imkan verir.
