Brendiniz Üçün Mükəmməl Şüşə Qablar

Haqqımızda

Qablaşdırma sektorunda yüksək keyfiyyətə əsaslanan məhsullar və xidmətlər

Şirkətimiz premium və xüsusi təyinatlı şüşə qablaşdırma sahəsində əsas tədarükçü şirkətlərdən biridir. Biz əczaçılıq, qida, spirtli və spirtsiz içkilər, şirələr və yağlar sektoru üçün müxtəlif həcmli , müxtəlif rəngli və müxtəlif formalarda yüksək keyfiyyətli şüşə butulkalar və bankalar istehlak edirik. Müasir marketinq texnologiyamız və peşəkar komandamız sayəsində daxili və xarici bazarda ən yüksək standartlara cavab verən məhsullar təqdim edirik.

İstehsalçı partnyorlarımızın tətbiq etdiyi innovativ NNPB texnologiyası məhsulların dözümlülüyünü artırmaqla yanaşı, çəkisini 35%-ə qədər azaltmağa imkan verir. Təklif etdiyimiz bütün məhsullar istehsal prosesində 3 mərhələli avtomatik keyfiyyət nəzarətindən keçirilir və tam gigiyenik standartlara cavab verən şəraitdə hazırlanır.”

Məhsullarımız

Müxtəlif təyinatlı və mükəmməl texnologiyalar əsasında istehsal edilmiş məhsullarımızı təqdim edirik

Əzcaçılıqda istifadə olunan müxtəlif ölçülü və rəngli tibbi spirt butulkaları və qapaqları

100 ml – 250 ml həcm aralığında dözümlü şüşə qablar.

Pivə və Spirtli İçki Butulkaları və qapaqları

Qəhvəyi (Amber) və yaşıl rənglərdə, 250 ml – 330 ml həcm aralığında dözümlü şüşə qablar.

Qazlı və Sərinləşdirici İçki Butulkaları və qapaqları

Şəffaf və rəngli şüşələrdən hazırlanan, 150 ml – 500 ml tutumlu müasir dizaynlı butulkalar.

Meyvə Şirəsi və Yağ Qabları və qapaqları

İsti və soyuq dolum proseslərinə tam davamlı, xüsusi ultra-yüngül şüşə qablaşdırmalar.

Biznesinizin bütün qablaşdırma ehtiyacları üçün mükəmməl və etibarlı ünvan.

Xidmət Etdiyimiz Sənaye Sahələri

screenshot 2026 08 24 175709

Əzcaçılıq sektorunda tibbi spirt qablaşdırması

Tibbi spirt, dezinfeksiyaedici vasitələr və əczaçılıq məhsulları üçün 100 ml – 250 ml həcm aralığında, beynəlxalq tibbi standartlara cavab verən dözümlü və keyfiyyətli şüşə qablar təmin edirik.
gemini generated image w008a6w008a6w008 (1)

İçki və Sərinləşdirici Sənayesi

Qazlı içkilər, mineral sular, pivə və spirtli məhsullar üçün beynəlxalq standartlara cavab verən dözümlü və fərqli rəngli şüşə qablar təmin edirik.
gemini generated image oerl2yoerl2yoerl (1)

Meyvə Şirəsi və Qida Sektoru

İsti və soyuq dolum proseslərinə tam davamlı, məhsulun təravətini və dadını uzun müddət qoruyan ultra-yüngül şüşə qablaşdırma həlləri.
gemini generated image sgqe86sgqe86sgqe (1)

Konserva və Yağ İstehsalçıları

Müxtəlif ağız ölçülərinə (Finish) uyğun şüşə bankalar, zeytun yağı və ketçup məhsulları üçün kvadrat və dairəvi formalı xüsusi dizaynlı şüşələr.

Daha asan sənaye həlləri ilə bağlı köməyə ehtiyacınız varmı? Biz peşəkarıq, müraciətlərinizdən məmnun olarıq!​