Məhsullar
Fərdi Dizayn və Sənaye Həlləri
Ən mürəkkəb qablaşdırma tələbləriniz üçün xüsusi yanaşmalar
Şüşə qabların üzərində birbaşa yüksək keyfiyyətli çap və etiketləmə xidməti təmin edirik. Əməkdaşlıq etdiyimiz istehsalat sahələrindəki müasir ROSARIO və KAMMANN çap avadanlıqları sayəsində dəqiqədə 150 ədəd nominal sürətlə 4 rəngli birbaşa şüşə üzərinə çap həyata keçirilir. Həmçinin, yüksəksürətli İtaliya avadanlıqları vasitəsilə özüyapışan (self-adhesive) etiketlərin vurulması xidmətini də tərəfdaşlarımıza təqdim edirik.
Sənaye üçün ixtisaslaşdırılmış Məhsullar!
Əczaçılıq və Tibbi Spirt Qabları
Tibbi spirt, antiseptik və müxtəlif məhlullar üçün 100 ml – 250 ml tutumlu, qəhvəyi (Amber) və şəffaf şüşə qablaşdırmalar. İşıqdan qoruyan, dözümlü və beynəlxalq tibbi standartlara cavab verən məhsulları partnyorlarımızdan birbaşa təmin edirik.
Pivə və Spirtli İçki Butulkaları
Qəhvəyi (Amber) və yaşıl rənglərdə, 250 ml – 330 ml tutumlu dözümlü şüşə qablaşdırmalar. Təzyiqə və zərbəyə davamlı olan bu məhsullar müxtəlif ağız tipləri ilə (Crown Cap / Twist Cap) istehsalçı partnyorlarımız tərəfindən hazırlanır və təmin edilir.
Meyvə Şirəsi və Şərbət Qabları
İsti və soyuq dolum (Hot & Cold filling) proseslərinə tam davamlı ultra-yüngül dizaynlı şüşə qablar. 125 ml-dən 710 ml-ə qədər müxtəlif ölçülərdə geniş çeşid imkanını partnyorlarımızdan birbaşa təmin edirik.
Qazlı və Sərinləşdirici İçki Şüşələri
Şəffaf və rəngli şüşələrdən hazırlanan, 150 ml – 500 ml həcm aralığında modern dizaynlı butulkalar. İstehsalçı partnyorlarımız tərəfindən təmin edilən bu məhsullar yüksək karbonlaşma təzyiqinə tam dözümlü beynəlxalq keyfiyyət standartlarına cavab verir.
Şüşə Bankalar, Yağ və Ketçup Qabları
130 ml – 1000 ml həcmli, 53 mm – 82 mm ağız ölçülü (Finish) bankalar, həmçinin bitki yağları və ketçup üçün kvadrat və dairəvi xüsusi şüşə həllərini partnyor zavodlarımızdan birbaşa təmin edirik
