Məhsullar

Fərdi Dizayn və Sənaye Həlləri

Ən Mürəkkəb Qablaşdırma Tələbləriniz Üçün Xüsusi Həllər

Biz yalnız standart şüşə qablar təqdim etmirik, həm də brendinizin fərdiliyini ön plana çıxaracaq xüsusi dizaynlı butulka və bankaların istehsalını həyata keçiririk. İstehsalat gücümüz müştərilərimizin istəyinə uyğun olaraq müxtəlif həcm, forma və ağız ölçülərində (Finish) tamamilə fərqli modellər hazırlamağa imkan verir.

Şüşə qabların üzərində doğrudan yüksək keyfiyyətli çap və etiketləmə xidməti təklif edirik. Yüksək dəqiqlikli ROSARIO və KAMMANN çap avadanlıqlarımızla dəqiqədə 150 adəd nominal sürətlə 4 rəngli birbaşa şüşə üzərinə çap həyata keçirilir. Həmçinin, sürətli İtaliya avadanlıqları ilə özüyapışan (self-adhesive) etiket vurulması xidmətini də tərəfdaşlarımıza təqdim edirik.

images (3)
images (1)
Yeniliklərimiz və Texnologiyamız

Sənaye Üçün İxtisaslaşdırılmış Məhsullar!

Pivə və Spirtli İçki Butulkaları

Qəhvəyi (Amber) və yaşıl rənglərdə, 250 ml – 330 ml tutumlu şüşə qablaşdırmalar. Təzyiqə və zərbəyə dözümlü, müxtəlif ağız tipləri ilə (Crown Cap / Twist Cap) istehsal olunur.

Meyvə Şirəsi və Şərbət Qabları

İsti və soyuq dolum (Hot & Cold filling) proseslərinə tam davamlı ultra-yüngül dizaynlar. 125 ml-dən 710 ml-ə qədər müxtəlif ölçülərdə geniş çeşid imkanı.

Qazlı və Sərinləşdirici İçki Şüşələri

Şəffaf və rəngli şüşələrdən hazırlanan, 150 ml – 500 ml həcm aralığında modern dizaynlı butulkalar. Yüksək karbonlaşma təzyiqinə tam dözümlü keyfiyyət standartı.

Şüşə Bankalar, Yağ və Ketçup Qabları

130 ml – 1000 ml həcmli, 53 mm – 82 mm ağız ölçülü (Finish) bankalar, həmçinin bitki yağları və ketçup üçün kvadrat və dairəvi xüsusi şüşə həlləri.

Daha asan sənaye həlləri ilə bağlı köməyə ehtiyacınız varmı? Biz Peşəkarıq!